https://news.day.az/azerinews/1785189.html MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 9 idman növü üzrə yarışlar keçiriləcək.

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

Azərbaycanca, 3 октября 2025 08:15 (UTC +04:00) 410
MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 9 idman növü üzrə yarışlar keçiriləcək.

Day.Az xəbər verir ki, Şəki İdman Olimpiya Kompleksində batut gimnastikası üzrə final, Yevlaxda boks üzrə yarımfinal, Xankəndidə kamandan oxatma, Gəncə İdman Sarayında qılıncoynatma, Qəbələ İdman Olimpiya Kompleksində badminton üzrə təsnifat mərhələsinin oyunları təşkil olunacaq.

Gəncə İdman Olimpiya Kompleksində güləş, Mingəçevirdə isə karate yarışlarına start veriləcək.

Gəncədə Azərbaycan və Özbəkistan voleybol milliləri, Qəbələdə Özbəkistan və Qırğızıstanın futbol yığmaları üz-üzə gələcək.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости