https://news.day.az/azerinews/1807232.html Xocalıda yolların buz bağlaması səbəbindən köməksiz qalan vətəndaşlar xilasedilib - VİDEO Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xocalı rayonu, Baharlı kəndi ərazisində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Day.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Xocalıda yolların buz bağlaması səbəbindən köməksiz qalan vətəndaşlar xilasedilib - VİDEO

Azərbaycanca, 4 января 2026 15:36 (UTC +04:00) 330
Xocalıda yolların buz bağlaması səbəbindən köməksiz qalan vətəndaşlar xilasedilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xocalı rayonu, Baharlı kəndi ərazisində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Day.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumat daxil olan kimi əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

 

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkət edə bilməyən "Azsamand" markalı minik avtomobilinin hərəkəti təmin olunub və vətəndaşlara müvafiq köməklik göstərilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости