https://news.day.az/azerinews/1813255.html Zaqatalada mehmanxanada yanğın olub Zaqatalada mehmanxanada yanğın hadisəsi qeydə alınıb. APA-nın məlumatına görə, gecə saat bir radələrində Zaqatala şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən "Zaqatala Hotel"in birinci mərtəbəsində hamam və sauna yerləşən hissədə yanğın baş verib.

Zaqatalada mehmanxanada yanğın olub

Azərbaycanca, 1 февраля 2026 09:00 (UTC +04:00) 368
Zaqatalada mehmanxanada yanğın olub

Zaqatalada mehmanxanada yanğın hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, gecə saat bir radələrində Zaqatala şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən "Zaqatala Hotel"in birinci mərtəbəsində hamam və sauna yerləşən hissədə yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində mehmanxananın hamam və sauna yerləşən hissəsində 150 kv/m sahənin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb. Xəsarət alan şəxsə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости