https://news.day.az/azerinews/1814218.html Bütün daxili orqanlar üçün təhlükəli 2 məhsul Bəzi qidaların həddindən artıq istifadəsi demək olar ki, bütün daxili orqanlara ciddi zərər verə bilər. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, birinci təhlükəli məhsul trans yağlarla zəngin fast-food və hazır qidalardır.

Bütün daxili orqanlar üçün təhlükəli 2 məhsul

Azərbaycanca, 6 февраля 2026 01:38 (UTC +04:00) 432
Bütün daxili orqanlar üçün təhlükəli 2 məhsul

Bəzi qidaların həddindən artıq istifadəsi demək olar ki, bütün daxili orqanlara ciddi zərər verə bilər.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, birinci təhlükəli məhsul trans yağlarla zəngin fast-food və hazır qidalardır. Bu məhsullar qaraciyəri yükləyir, ürək-damar xəstəlikləri riskini artırır, mədə-bağırsaq sisteminin işini pozur və maddələr mübadiləsini zəiflədir.

İkinci məhsul isə şəkərli qazlı içkilərdir. Onlar böyrəklərə, mədəaltı vəzə və qaraciyərə ciddi zərər vurur, piylənmə və şəkərli diabet riskini yüksəldir, eyni zamanda immun sistemini zəiflədir.

Həkimlər bu məhsulların gündəlik qidalanmadan mümkün qədər azaldılmasını və təbii, təzə qidalara üstünlük verilməsini tövsiyə edirlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости