Fransa klubunun yeni baş məşqçisi məlum olub

Fransanın "Renn" klubunun yeni baş məşqçisinin adına aydınlıq gətirilib.

Day.Az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

 

Məlumata görə, Liqa 1 təmsilçisini Frank Ez çalışdıracaq. 54 yaşlı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Frank Ezin son iş yeri "Nitsa" olub.