https://news.day.az/azerinews/1822850.html DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb - VİDEO DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı. Day.Az  xəbər verir ki, bu barədə İTV-nin yayımladığı reportajda bildirilib. Xəbər yenilənəcək

DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb - VİDEO

Azərbaycanca, 17 марта 2026 21:10 (UTC +04:00) 535
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb.

Day.Az  xəbər verir ki, bu barədə İTV-nin yayımladığı reportajda bildirilib.

Sujetdə bildirilib ki, 2026-cı ilin əvvəlindən xaricdə yaşayan bloqerlər Mehman və Emin Hüseynovlar, Qabil Məmmədov müxtəlif internet platformalarda böhtan xarakterli məlumatlar yaymağa başlayıblar.

Vurğulanıb ki, bloqerlərin internetdə qarayaxma kampaniyasına başlaması ilə təxminən eyni vaxtda Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə bir nəfər öz sosial media hesabları, elektron poçt və xaricdə qeydiyyata alınmış telefon nömrəsi üzərindən əlaqə saxlamağa çalışıb. Xarici ölkədə olan bu şəxs əlində olan görüntüləri yaymamağının müqabilində 5 milyon avro tələb edib.

Əlavə edilib ki, faktla əlaqədar Dövlət Təhlükəsizlik Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanılıb. Əməliyyat nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı F.S saxlanılıb. İstintaqa ifadəsində o cinayəti törətdiyini etiraf edib və detalları danışıb.

Qeyd edilib ki, saxlanılan şəxslə bağlı məhkəmə hökmü olmadığından həmin şəxsin kimliyi açıqlanmayıb. Məhkəmə qərarı olandan sonra bu şəxsin kimliyi açıqlanacaq.

Məlumatla daha ətraflı videomaterialda tanış ola bilərsiniz:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости