https://news.day.az/azerinews/1834993.html Sabahın hava PROQNOZU Bakıda və Abşeron yarımadasında mayın 18-də fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Day.Az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Sabahın hava PROQNOZU

Azərbaycanca, 17 мая 2026 14:25 (UTC +04:00) 190
Sabahın hava PROQNOZU

Bakıda və Abşeron yarımadasında mayın 18-də fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Day.Az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16°, bəzi yerlərdə 19-23° isti olacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости