Yerli hakimiyyət orqanları daha yüksək həyat keyfiyyətinin təmin olunmasında ön cəbhədə dayanırlar

Yerli idarəetmə orqanları daha yüksək həyat keyfiyyətinin təmin edilməsində ön cəbhədə dayanırlar.

Day.Az xəbər verir ki, bunu Malayziyanın mənzil tikintisi və yerli özünüidarəetmə üzər naziri, BMT-Habitatın Məskunlaşma Proqramı Assambleyasının prezidenti Nqa Kor Minq Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində təşkil olunan Yerli və regional hakimiyyət orqanlarının Ümumdünya Assambleyası: yerli liderlik yenilənmiş çoxtərəfli yanaşmanı formalaşdırır" adlı tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yerli idarəetmə orqanları heç bir məkanın və heç bir insanın diqqətdən kənarda qalmamalı olduğu prinsipini əsas tutaraq, hamı üçün daha yüksək həyat keyfiyyətinin təmin olunması istiqamətində aparılan səylərin önündə gedirlər.

"İstər mənzil böhranı, istər iqlim dəyişikliklərinə uyğunlaşma, istər yaşayış xərcləri böhranının aradan qaldırılması, istərsə də enerji təhlükəsizliyinin təmin olunması naminə geosiyasi risklərin azaldılması məsələləri olsun - bütün bu sahələrdə biz həllərin hərəkətverici qüvvəsi kimi sizlərə - yerli və regional hökumətlərin liderlərinə güvənirik.

Mən hər birinizi mənzil məsələsini daha geniş ərazi və sosial inkişaf çərçivəsində prioritet məsələ kimi nəzərdən keçirməyə çağırıram. Mənim həmişə dediyim kimi: ev kərpic və taxta tirlərlə tikilir, amma əsl ocaq ümid və arzularla qurulur", - deyə o bildirib.