“Qəbələ”nin oyununda ispaniyalı hakimlər

Day.Az представляет новость на азербайджанском языке

UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Panatinaikos"la qarşılaşacaq "Qəbələ"nin ilk oyunu üçün hakim təyinatlarını açıqlayıb.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, Afinada baş tutacaq ilk qarşılaşmanın referisi Xuan Martinez Munuera olacaq.
 
İspaniyalı hakimə həmyerliləri Dieqo Barbera Sevilya və Sezar Manuel Noval Font yardımçı olacaqlar.
 
Matçın 4-cü hakimi isə Mario Melero Lopez təyin olunub.
 
Görüşün UEFA nümayəndəsi şimali irlandiyalı Lesi İrvin, hakim inspektoru isə latviyalı Yanis Mejekis olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.