Maşınına ilan girən sürücünü qorxudan qaşınma tutdu

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Kocaeli vilayətinin İzmit mahalında yük maşınına təxminən 1.5 metr uzunluğunda ilan girən sürücü qorxudan avtomobilini yol kənarında saxlayaraq xilasetmə qruplarından kömək istəyib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, hadisə yerinə gələn xilasetmə qrupları, yük maşınının altında gizlənən ilanı təzyiqli su ilə sığındığı yerdən çıxartmağa çalışıblar. İlanın xilasetmə qrupları tərəfindən çıxarıldığını görən sürücü Əhməd Edis (43) bir müddət maşınına kənardan nəzər yetirdikdən sonra ona minib.

İlanı görəndə çox qorxduğunu söyləyən sürücü Əhməd Edis "İlan qəfil yoluma çıxdı. Çox sürətlə içəri girdi. Çox qorxdum. Bura gələnə qədər qorxudan məni qaşıntı tutdu" ifadələrini işlədib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Maşınına ilan girən sürücünü qorxudan qaşınma tutdu