Ağdaşda avtomobil kanala düşüb

Day.Az представляет новость на азербайджанском языке

Ağdaş rayonu, Hüşün kəndində avtomobil kanala düşüb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ağdaş rayonu, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu, Hüşün kəndində "Chevrolet" markalı minik avtomobili Yuxarı Şirvan su kanalına düşüb.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1973-cü il təvəllüdlü Paşayev Tərlan Əflatun oğlunun cəsədini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat saat 17:23-də başa çatıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.