Azərbaycan bu ölkələrlə nəqliyyat dəhlizi yaradacaq

Day.Az представляет новость на азербайджанском языке

Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə beş ölkəni birləşdirən "Lyapis lazur" nəqliyyat dəhlizinin yaradılması barədə saziş imzalayıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, imzalama mərasimi Əfqanıstan üzrə VII İqtisadi əməkdaşlıq regional konfransı çərçivəsində baş tutub.

Bu dəhlizin Əfqanıstanın Herat əyalətindəki Torqundi şəhərini Xəzər dənizi sahilindəki Türkmənbaşı limanı ilə birləşdirəcəyi nəzərdə tutulur. Daha sonra dəhliz Xəzər vasitəsilə Bakıya və Tbilisidən keçməklə Ankaraya, oradan isə İstanbula uzadılacaq. Gürcüstan ərazisində nəqliyyat dəhlizinin Poti və Batumiyə şaxələndirilməsi nəzərdə tutulur.

Layihənin dəyəri 2 milyard dollar həcmində qiymətləndirilir.

Nəqliyyat dəhlizi öz adını qədim dövrlərdə Mərkəzi Asiyanın başlıca ixrac məhsullarından olan lazurit mineralının rənginə uyğun götürüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.