Sərnişinlərə xoş xəbər: avtobuslar yeniləndi

Day.Az представляет новость на азербайджанском языке.

Bakıya yeni avtobuslar gətirilib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, marşrut xəttinə buraxılacaq yeni avtobuslar istilik sistemi və digər avadanlıqlarla təchiz olunub.

Avtobusların 45-i xətdə işləyir. Avtobusda sərnişinlərin rahatlığı təmin olunub. Mobil cihazların elektrikə qoşulması üçün xüsusi yerlər də var.

Gələn il isə ölkəyə 350-ə yaxın avtobusun gətirilməsi də nəzərdə tutulub. Bu avtobusların 18-i iri həcmli, 20 metrlik avtobuslardı. Yeni avtobusların xəttə buraxıldıqdan sonra şəhərin mərkəzində fəaliyyət göstərən köhnə nəqliyyat vasitələri, şəhər ətrafı qəsəbələr və kəndlərə yönləndiriləcək. Avtobusları standartlara cavab verməyən daşıyıcıların xətdən kənarlaşdırılması ilə bağlı tədbirlər görünəcək.

Gələn ilin əvvəlinədək 700-ə yaxın nəqliyyat vasitəsinin kart sisteminə keçidi planlaşdırlır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Sərnişinlərə xoş xəbər: avtobuslar yeniləndi