Lənkəranda yük qatarında nasazlıq yarandı

Day.Az представляет новость на азербайджанском языке

Lənkəranda yük qatarının xarab olması yolun bağlanmasına səbəb olub.

Day.Az APA-ya istinadən xəbər verir ki, rayonun Qumbaşı kəndində yük qatarı əyləc sistemində yaranan nasazlıq səbəbindən yolda qalıb. Bu da avtomobil yolunun bağlanmasına səbəb olub.

Nəticədə hər iki istiqamətdə avtomobillərin hərəkətində gecikmələr baş verib.

Qatar təmir edildikdən sonra yolda hərəkət bərpa olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.