YENİLİK! Nazirlik valideynlərin istəyini nəzərə aldı

Day.Az представляет новость на азербайджанском языке

Bu ildən ilk dəfə olaraq, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar I sinifdə də eyni sinifdə komplektləşdiriləcək.

Day.Az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimin tədris aparması nəzərdə tutulur.

Bildirilir ki, bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.