Azərbaycanda faciə: 4 yaşlı uşaq 10 yaşlı qardaşını güllələdi

Day.Az представляет новость на азербайджанском языке

Xaçmaz rayonunda 10 yaşlı oğlan uşağı qardaşını güllələyib.

Hadisə İlxıçı kəndində baş verib.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, atası Əlihüseyn Şıxıyev bildirir ki, iki qardaş arasında yumurta üstündə mübahisə düşüb. Və bundan sonra Emil Şıxıyev küçədən tapdığı gülləni evdə olan tüfəngə qoyaraq qardaşına atəş açıb.

Ayağından yaralanan 13 yaşlı Rəvan Şıxıyev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə yaralının vəziyyəti normaldır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
4 yaşlı uşaq 10 yaşlı qardaşını güllələdi