Acunun keçmiş arvadı yeni sevgilisi ilə əl-ələ

Şeyma Subaşı braziliyalı sevgilisi Marlon Teyşeyra ilə paylaşım edib.

Day.Az olay-a istinadən bildirir ki, o, eşq yaşadığı bəylə əl-ələ şəklini izləyiciləri ilə bölüşüb.  Bundan əlavə, tətil fotolarını paylaşan Subaşının postu maraqla qarşılanıb.

Qeyd edək ki, Marlon dünya miqyasında tanınan bir moda simasıdır. 6 sentyabr 1991-ci ildə Braziliyanın Santa-Katarina əyalətində anadan olub. O, bir çox prestijli moda evi və markaların üzü olub, "Versace", "Dolce & Gabbana", "Armani", "Roberto Cavalli" kimi tanınmış brendlərlə əməkdaşlıq edib. Bundan öncə bir dəfə evlənib boşanan sənətçinin bir qız övladı var.