Keşlə sökülür?

Day.Az представляет новость на азербайджанском языке. 

Qəsəbə sakinlərinin Milli.Az-a verdiyi məlumata görə, gəzən söhbətlərdən narahat olublar. Keşlə qəsəbəsindəki evlərin yaxın zamanda söküləcəyi və yerində hündürmərtəbəli yaşayış binalarının tikiləcəyi deyilir. Sakinlər bu məlumatın düzgün olub-olmamasını dəqiqləşdirməkdə onlara köməklik edilməsini xahiş edirlər.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Şahmar İbadov Milli.Az-a bildirdi ki, hazırda belə bir məlumat yoxdur. Gələcəkdə hansı qəsəbənin plana düşəcəyini indidən söyləmək çətindir. Hazırda Keşlənin sökülməsindən söhbət gedə bilməz.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma şöbəsinin müdir müavini Ağasəlim Əzizov Milli.Az-a bildirdi ki, Keşlənin sökülməsi ilə bağlı komitədə məlumat yoxdur. Bu barədə qərarı Bakı Şəhər İcra Hakimiyyəti qəbul edir.

Bakı Şəhər İcra Hakimiyyətindən isə hər hansı məlumat əldə etmək mümkün olmadı.