Bakı sakini bıçaqlandı

Day.Az представляет новость на азербайджанском языке

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Day.Az report-a istinadən bildirir ki, C.Naxçıvanski küçəsi ev 28 ünvanının qarşısında Bakı şəhər sakini 1996-ci il təvəllüdlü Zaur Ələsgərov mübahisə zəminində 1964-cü il təvəllüdlü Fəttah Allahverdiyevə bıçaqla xəsarət yetirib.

F.Allahverdiyev 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.
Hüquq orqanlarının əməkdaşları Z.Ələsgərovu tutub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.