Gəndob-Yalama yolunda ağır qəza: yaralılar var

Day.Az представляет новость на азербайджанском языке

Bu gün səhər saatlarında Gəndob-Yalama yolunda yol-nəqliyyat hadisəsi baş verib.

ARB Şimal xəbər verir ki, magistralın 6-cı km-də 40 BP 184 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomaşınla 99 BA 652 dövlət nömrə nişanlı "Mitsubishi" markalı maşın toqquşub.

Nəticədə iki nəfər xəsarət alıb. Onlar Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.