Amerikada güclü daşqınlar: minlərlə insan evakuasiya olundu

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhəri və ətraf məntəqələrin 14 min sakini güclü daşqınlar səbəbindən evakuasiya olunub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində xəsarət və dağıntılar barədə hələki məlumat verilmir.

Şəhər rəhbərliyi əhalini daha təhlükəsiz rayonlara köçürməyə çalışır. Sel səbəbindən federal magistrallardan biri bağlanıb.

 

ABŞ Milli meteoroloji xidmətinin proqnozuna görə, leysan yağışlar həftə sonu yenidən başlayacaq və daha bir neçə gün davam edəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.