10 yaşlı uşağın KƏŞFİ hər kəsi ŞOK etdi - VİDEO

19 июня 2017 23:05

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Manisa bölgəsində İkinci "Kodla(Ma)nisa" Festivalı keçirilib.

Day.Az publika.az-a xəbər verir ki, Manisa şəhər bələdiyyəsi tərəfindən keçirilən festivalda 46 min orta məktəb şagirdi iştirak edərək öz layihələrini nümayiş etdirib.

Festivalda diqqət çəkən layihələrdən biri Manisa orta məktəbinin 6-cı sinif şagirdi Əmir İlkutlunun hazırladığı pianino olub. O, bananlara bağladığı elektrodların və bir sıra qurğuların köməyi ilə bananların üzərində pianinoda ifa edib.

Uşaqların festivala olan yüksək marağını görən bələdiyyə sədri belə maraqlı layihələrin milli və beynəlxalq səviyyəli yarışlarda iştirak etməsi üçün hər il buna bənzər sərgilərin keçirilməsinin önəmli olduğunu bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
10 yaşlı uşağın KƏŞFİ hər kəsi ŞOK etdi