Metroda qadınlar üçün xüsusi vaqonlar ayrılacaq

Day.Az представляет новость на азербайджанском языке

Çinin cənubundakı Quançjou şəhər metropolitenində qadınlar üçün xüsusi vaqonlar ayrılacaq.

Trend-in məlumatına görə, bu təkliflə bağlı sınaqlar iyun ayının sonundan etibarən başlayacaq.

Metropoliten administrasiyası qeyd edir ki, günün pik saatlarında - səhər 7:30-9:30 və axşam 17:00-19:00 arası - qatarın bir vaqonu yalnız qadınlar üçün ayrılacaq.

Günün digər saatlarında kişilər bu vaqonlara daxil ola biləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.