Yunanıstanda istilər son 10 ilin rekordunu yeniləyib

Day.Az представляет новость на азербайджанском языке

Yunanıstanda son günlər 2007-ci ildən sonra ən yüksək temperatur müşahidə olunur.

Day.Az-ın Trend-ə istinadən məlumatına görə, meteoroloqlar Yunanıstanın bir neçə rayonunda 46 dərəcə isti qeydə alıblar.

 

Bir neçə gündür ki, Avropanın əksər ölkələrində yüksək temperatur müşahidə olunur. Qitəyə isti hava kütlələrinin Afrikadan gəldiyi deyilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.