Kutsi evliliyini qoruyub saxlaya bilmədi

Day.Az представляет новость на азербайджанском языке:

Adı aktrisa Feyza Çıpa ilə eşq dedi-qodularında hallanan müğənni-aktyor Kutsi 8 illik həyat yoldaşı Sinem Bayraktutardan boşanıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük qarşılıqlı razılaşma əsasında ayrılıb. Kutsi ilə Sinemin məhkəmə prosesi cəmi 5 dəqiqə çəkib. 6 yaşlı qızları Ceylin Ada ilə 5 aylıq körpələri Lilanın vəkaləti S.Bayraktutara verilib. Ərindən heç bir təzminat tələb etməyən Sinem onunla əl verib görüşərək məhkəmə salonundan çıxıb.

Qeyd edək ki, Kutsinin "Huzur sokağı" serialında tanış olduğu Feyza Çıpa ilə sevgili olması xəbərləri onun tez-tez xanımıyla münaqişəsinə gətirib çıxarırdı. Onlar hətta bir müddət ayrı yaşasalar da, Kutsi ikinci qızı dünyaya gəldikdən sonra yenidən evinə qayıtmışdı.