Məhşur "avtoş"dan qəribə açıqlama: "Qaydalara əməl edirəm"

Day.Az представляет новость на азербайджанском языке.
 

"Avtoş" Hamlet: "Avtoş"ları xalqa pis təqdim ediblər".
 

Tanınmış azərbaycanlı "avtoş" Hamlet "Gün üzü" verilişində qonaq olub. Avtosfer.az gecce.az-a istinadən xəbər verir ki, nə qədər qəribə olsa da, verilişdə çıxış edən "avtoş" qaydalara riayət etdiyini etiraf edib. "Hər zaman çalışmışam düzgün yolla gedim.

Qaydalara riayət edirəm. "Avtoş"ları xalqa pis təqdim ediblər. Əslində onlar elə deyil. İnsan var maşını şan-şöhrət üçün, bəziləri isə sürməyi bacarır özü üçün sürür. Kimliyindən asılı olmayaraq insanın fikri yayındıqda qaydanı poza bilər. Mən belə işlərdə diqqətciləm".