Şəkidə 4 uşaq anasını ilan sancıb

Day.Az представляет новость на азербайджанском языке.
 

APA-nın məlumatına görə, hadisə rayonun Cunud kəndində baş verib.

Cunud kənd sakini, 1971-ci il təvəllüdlü Fazilə Zabit qızı Əmrahova yaşadığı evin həyətyani sahəsində təsərrüfat işləri ilə məşğul olarkən ilan qəfildən onun əlindın sancıb.

44 yaşlı Fazilə Əmrahova Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Qax RMX-dan APA-ya bildirilib ki, 4 uşaq anası olan Fazilə Əmrahova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, lazımi tibbi yardım göstərilib, vəziyyəti hazırda orta-stabil qiymətləndirilir.