Sürücülərin nəzərinə!

Day.Az представляет новость на азербайджанском языке

Enişli-yoxuşlu yollar, sərt döngələr, sıldırım qayalıqlar. Milli.Az RTV-yə (Region TV) istinadən xəbər verir ki, Quba-İspik-Xınalıq yolu bu xüsusiyyətlərinə görə, digər avtomobil yollarından seçilir. Xüsusilə, yolda bir neçə yerdə sərt aşırımın olması, təbrübəsiz sürücülər üçün əsl təhlükə mənbəyidir. Əsasən də, qış aylarında bu yolda hərəkət daha da çətinləşir. Quba 6 saylı Yol İstismar İdarəsi şaxtalı-qarlı günlərdə nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək üçün qabaqlayıcı tədbirlər görüb. 730 kubmetr qum-duz qarışı yola səpilmək üçün müvafiq yerlərə yığılıb.

Avtomobil yolunda bütün lazımi qabaqlayıcı tədbirlər görülsə də, qarlı-şaxtalı günlərdə təbiətin surprizləri qaçılmazdır. Yolun keçdiyi ərazilərdə qar uçqununun baş verməsi gözlənilir.

Quba-İspik-Xınalıq avtomobil yolunda bir oxlu avtomobillərin hərəkəti təhlükəlidir. Həmçinin bu yolu gedən sürücülər nəqliyyat vasitələrinin təkərlərinə də fikir verməlidirlər.

57 km uzunluğu olan Quba-İspik-Xınalıq avtomobil yolu 12 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.