Maşın bazarında

Day.Az представляет новость на азербайджанском языке

Avtomobil almaq və Tovuzun maşın bazarındakı qiymətlərdən xəbərdar olmaq istəyənlər, ekranlara yaxın əyləşsin. Bazardakı  vəziyyətdən əməkdaşımız Eltun Salmanoğlu xəbər verəcək.

ttv.az-ın məlumatına görə, Tovuzun maşın  bazarında son günlər canlanma müşahidə edilir. Satışa çıxarılan avtomobillərin arasında daha çox sovet istehsalı olan nəqliyyat vasitələri üstünlük təşkil edir. Səbəbsə onların xarici maşınlara nisbətən daha az yanacaq işlətməsidir. Həm də ehtiyat hissələri daha asan tapılır. Hərçənd ki, alıcıların seçim etməsi üçün kifayət qədər maşın növləri sıraya düzülüb, satıcılar satış səviyyəsinin aşağı düşməsindən şikayət edirlər. Gəlin, bir az da bunun niyə baş verdiyinə diqqəti yönəldək...

Bazara maşın gətirələnlər real müştəri qıtlığının olduğunu deyirlər. Həm alıcıları, həm də satıcıları birləşdirən ortaq məqam var. Hər ikisi  qiymətdən narazıdır.  Maşın arzusunda olanlarsa qiymətlərin bahalığından daha çox şikayətçidirlər.

Alıcıların tələbləri böyükdür. Onlar avtomobilləri təklif olunan qiymətdən ucuz almaq istəyirlər. Həm də sərfəli, yanacağa qənaətli olan, ehtiyat hissələri tez tapılan nəqliyyat vasitələrini əldə etməyə çalışırlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.
Maşın bazarında qiymətlər necədir?