Azərbaycan Avropa çempionatında növbəti qələbə qazandı

Day.Az представляет новость на азербайджанском языке

Yunanıstanda keçirilən klublararası Avropa çempionatında II tur başa çatıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Azərbaycanın kişilərdən ibarət "Odlar Yurdu" komandası Niderlandın "Leyden" klubuna 5,5:0,5 hesabı ilə qalib gəlib. Bununla da Şəhriyar Məmmədyarovun lideri olduğu komandamız ardıcıl ikinci qələbəsini qazanıb.

Qadınlardan ibarət "Odlar Yurdu" komandamız isə Monakonun "Monte Karlo" komandasına 1:3 hesabı ilə uduzub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz