Qoz qabıqlarını atmayın. Onların bilmədiyiniz faydaları

Day.Az представляет новость на азербайджанском языке

Qozun insan sağlamlığına təsirlərini saymaqla bitməz. Yüz illərdir xəstəliklərin müalicəsində və dərman hazırlanmasında istifadə edilən qoz tam bir vitamin anbarıdır. Tərkibində protein, lif, Omega 3, Omega 6 yağ turşuları olmaqla yanaşı, qozun qabığı da  kalsium, dəmir, sink, maqnezium, fosfor, mis, selen, manqan mineralları və A, B1, B2, B6, C vitaminləri ilə zəngindir.  Bu da ondan bir kosmetik məhsul kimi istifadə edilməsinə zəmin yaradıb.

ExoBaku.com sizə qoz qabığının faydalarından bəhs edir:

1-Qozun qurudulmuş qabığından dəmlənmiş çay soyuqdəymə və öskürəyə yaxşı təsir göstərir.
2- Bağırsaqlarda olan qurd və soxulcanların müalicəsi üçün də eyni qarışığı (quru və ya təzə qoz qabığı) gündə iki fincan içmək tövsiyyə edilir. 
3- Şəkər xəstəliyi, bədəndə D vitamin çatışmazlığından yaranan raxit xəstəliklərində 10-15 ədəd qoz abığını su ilə qaynadıb içmək faydalıdır.
4-Təzə (yaşıl) qoz qabığınının suyu çıxarılaraq sızanaqlı dəri üzərinə sürtülməsi civzələrin və dəri ləkələrinin aradan qalxmasına kömək edir. 
5-Qoz qabıqlarını (quru və yaş) qaynayan suyun içərisinə atıb 10 dəqiqə qaynatdıqdan sonra saçlarınızı yusanız, saç tökülməsinin qarşısı alınacaq, saçlar əvvəlki parlaqlığına qovuşacaq və güclənəcəkdir. Eyni samanda saçlarınız kəpək problemələrindən də qurtarmış olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.