Tanınmış aktrisa rüşvət verdiyinə görə həbs edilib

Amerikalı aktrisa Felisiti Haffman həbs edilib.

Bizimyol.info yerli mətbuata istinadən xəbər verir ki, o, fırıldaqçılıqda günahlandırılır. Belə ki, aktirsa qızının SAT (Akademik Qiymətləndirmə Testi) nəticələrini saxtalaşdırmaq üçün 15 min dollar rüşvət verib.

Nyu-York məhkəməsinin qərarı ilə Felisiti Haffman 14 gün müddətinə azadlıqdan məhrum edib. Ona həm də 250 saat ictimai iş cəzası verilib. Aktrisa 1 il nəzarət altında yaşayacaq, 30 min dollar ödəyəcək.

Felicity Huffman

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.