İlk dəfə sevgilisinin şəklini paylaşdı

Türkiyənin pop ulduzu Sıla Gencoğlu ilk dəfə aşpaz sevgilisi Hazer Amaninin fotosunu instaqram səhifəsində paylaşıb. 

Day.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu günədək münasibəti barədə verilən sualları cavabsız qoyan müğənni sosial şəbəkədə Amanini ad günü münasibəti ilə təbrik edib. 

"Səni sevirəm- hər yerdə deyiləcək bir cümlədir. Neçə illərə, canım sevgilim. Bu gün o gündür. Fotonu da yaxşı çəkmişəm ha..."-, deyə Sıla bildirib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.