Tanınmış aktyor infarkt keçirdi

Məşhur aktyor Levent Can infarkt keçirib.

Day.Az yenicag.az-a istinadla xəbər verir ki, 48 yaşlı aktyor İstanbuldakı özəl xəstəxanalardan birinə yerləşdirilib.

Aktyorun vəziyyəti kritikdir.

Qeyd edək ki, Levent Can "Vatanım Sensin", "Ezel", "Emr et Komutanım", "Kavak yelleri" və digər məşhur seriallarda rol alıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.