İspaniyada püskürən vulkan 2 mindən çox tikiliyə ziyan vurub

İspaniyanın Kanar arxipelaqındakı Palma adasında püskürən vulkan 33 gün ərzində 2 185 tikilinin dağılmasına səbəb olub.

Day.Az Trend-ə istinadən bildirir ki, hazırda daha 76 evin təhlükə altında olduğu deyilir.

Qeyd olunur ki, sentyabrın 19-dan püskürməyə başlayan vulkanın lavaları 866 hektarlıq ərazini əhatə edib.

Təkcə son sutka ərzində 1 200 nəfər yaşadığı yerlərdən təxliyə olunub.

Mütəxəssislər lavanın yaxın müddətdə sönəcəyinin gözlənmədiyini bildirib.