Polis Bakıda xüsusi əməliyyat keçirdi, 64 nəfər saxlanıldı

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən Day.Az-a verilən məlumata görə, keçirilən tədbirlərə paytaxtın rayonları üzrə 64 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.

Onlardan 48 nəfər cinayət, 14 nəfər barəsində inzibati icraat işi açılıb.