Ağalı məktəbində qeydiyyatdan keçən şagirdlərin sayı açıqlanıb

Ağalı kənd orta məktəbində təhsil almaq üçün 61 uşaq qeydiyyatdan keçib.

Day.Az Trend-ə istinadən bildirir ki,  bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O bildirib ki, həmçinin 18 uşağın da bağçada təhsilinin başlaması planlaşdırılır.

"15 sentyabrda işğaldan azad olunan ərazilərimizdə 30 ilə yaxın müddətdən sonra ilk zəng səslənəcək. İşğaldan azad olunmuş digər ərazilərdə də mərhələli şəkildə məktəbəqədər təhsil müəssisələrinin açılması planlaşdırılır", - deyə E.Əliyev qeyd edib.