Heydər Əliyev Mərkəzində caz ulduzlarının konserti keçiriləcək

Sentyabrın 30-da Heydər Əliyev Mərkəzində caz ulduzları Melvin Trevis (Melvin Travis) və Mina Aqossinin (Mina Agossi) konserti keçiriləcək.

Day.Az xəbər verir ki, konsert 17-ci Beynəlxalq Bakı Caz Festivalı çərçivəsində təşkil edilir.

Həmin gün cazsevərləri heyrətamiz ifa, ecazkar ritm və inanılmaz enerji gözləyir.