Belarusda bu şəxslər öldürüləcək

Belarusda dövlətə xəyanətə görə məmurlara ölüm cəzası nəzərdə tutan qanun qüvvəyə minib.

Day.Az APA-ya istinadən bildirir ki, Nazirlər Şurası 2022-ci il oktyabrın sonunda Belarus Milli Assambleyasının Nümayəndələr Palatasına (aşağı palata) cinayət qanunvericiliyinin dəyişdirilməsi ilə bağlı qanun layihəsi təqdim edib. Qanun dekabrın əvvəlində birinci oxunuşda, 2023-cü il fevralın sonunda isə ikinci oxunuşda qəbul edilib.

Fevralın sonunda sənədi Respublika Şurası (yuxarı palata), martın 9-da isə prezident Aleksandr Lukaşenko imzalayıb.

Normativ akt martın 14-də Milli Hüquq İnternet Portalında dərc edilib, 10 gün sonra qüvvəyə minib.