Ermənistanın dedikləri və etdikləri arasında çox uyğunsuzluq var

Ermənistanın dedikləri və etdikləri arasında çox uyğunsuzluq var.

Day.Az-ın məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Türkiyə televiziya kanalına verdiyi müsahibəsində bildirib.

"Azərbaycan səmimidir. Sülh istəyir, təklif edir. Ermənistan isə bir tərəfdən Qarabağ Azərbaycandır deyir, digər tərəfdən Qarabağa fərqli yollarla silahlı dəstələr göndərir. Madam ki, sülh istəyirlər, silahlı dəstələri nə üçün göndərirlər? Bəyanat imzalandı, amma Zəngəzur dəhlizilə bağlı addım atmadılar. Avropa ölkələri, qərb də Ermənistanın Qarabağa qeyri-qanuni olaraq silah və əsgər göndərdiyini təsbit edib",- deyə o bildirib.

M.Çavuşoğlu qeyd edib ki, münasibətlərin normallaşmasına Ermənistanın daha çox ehtiyacı var.

"Ermənistan bunu bildiyi halda səmimiyyətsiz addımlar atır. İrəvanda terrorçulara açılan "Nemezis" abidəsinin açılmasının qəbuledilməzdir",- deyə Çavuşoğlu əlavə edib.

M.Çavuşoğlu əlavə edib ki, Türkiyə Ermənistana jest edərək hava məkanını açmışdı. "Bu hadisədən sonra bağladıq. N.Paşinyanın təyyarəsi üçün belə bağladıq. Əgər bu cür addımlar davam edərsə, təbii ki, normallaşma prosesi ləngiyəcək", - deyə Türkiyə XİN rəhbəri bildirib.