İstanbulda yaşayış binasının ÇÖKMƏ ANI

İstanbulda çökən üçmərtəbəli yaşayış binasının dağıntıları altından 7 nəfər yaralı olaraq çıxarılıb.

Day.Az APA-ya istinadən bildirir ki,  bunu İstanbul valisi Davut Gül deyib.

Məlumata görə, yaralıların 2-nin vəziyyəti ağırdır.

Daha iki nəfərin dağıntılar altında qaldığı ehtimal edilir. 1988-ci ildə inşa edilən binanın çökmə səbəbləri hələ məlum deyil.

İstanbulda çökən üçmərtəbəli yaşayış binası ilə bağlı yeni görüntü yayılıb.

Həmin görüntünü təqdim edirik: