Füzuli-Ağdam yolunda ağır yol qəzası baş verib

İşğaldan azad edilmiş ərazilərdə ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Day.Az xəbər verir ki, hadisə Füzuli-Ağdam yolunun 30-cu kilometrliyində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı minik maşını hərəkətdə olarkən yol tikintisi texnikasına çırpılıb. Nəticədə Müsadirov Murad Aydın oğlu və Mustafayev Kənan Tapdıq oğlu dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.