Övladlarımızın yaşında tərk etdiyimiz Cəbrayıla övladlarımızla birlikdə qayıdırıq - Şamil Hüseynli
Övladlarımızın yaşında olarkən məcburi şəkildə tərk etdiyimiz Cəbrayıla indi övladlarımızla birlikdə qayıdırıq.
Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Şamil Hüseynli deyib.
Onun sözlərinə görə, şükürlər olsun ki, biz də öz doğma el-obamıza, yurdumuza qayıdırıq.
"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, bu günləri bizə yaşatdıqları üçün onlara minnətdarıq. Cəbrayılda öz arzularımızı gerçəkləşdirə bilməmişik. İnşallah övladlarımız üçün o arzuları reallaşdırarıq. Övladlarımız doğma yurdda təhsil alıb, orada böyüsünlər və gələcək planlarını orada qursunlar", - deyə o bildirib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре