Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Avropa Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi doğum gününüz münasibətilə Avropa Sambo Federasiyasının adından təbrik edirəm.
İdman xalqları, mədəniyyətləri birləşdirən, inkişafa, yaxınlaşmağa kömək edən körpüdür və bu körpü Sizin köməyinizlə qurulur. Sizin inkişafa verdiyiniz əvəzsiz töhfələr təkcə idman tarixində deyil, bütün dünya birliyinin tarixində əbədi olaraq qalacaqdır.
Hər bir idmançı 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunlarını minnətdarlıqla xatırlayır. Həmin vaxt Sizin yüksək diqqətinizin şahidi olduq, idman ictimaiyyətinin bütün nümayəndələri Azərbaycanda qonaqpərvərliklə qarşılandı və yarışlar ən yüksək səviyyədə keçirildi. 2025-ci ildə ölkəniz proqramına idmanın sambo növünün də daxil olduğu çoxnövçülük yarışı olan MDB Oyunlarına ev sahibliyi edəcək. Nümayəndələrimizi Azərbaycanın mədəniyyəti və tarixi ilə tanış etmək üçün yenidən ölkənizə səfər etmək fürsətini səbirsizliklə gözləyirik.
Sambonun milli səviyyədə dəstəklənməsinə verdiyiniz töhfəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan samboçuları beynəlxalq yarışlarda böyük uğurlar qazanırlar. Sizin idmanın dəstəklənməsinə göstərdiyiniz diqqət çoxlu sayda gəncin həyatda öz yolunu tapmasına və vətənpərvər kimi yetişməsinə kömək edib.
Doğum gününüz mübarək, hörmətli cənab Prezident!"
xxx
10:34
Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Çox hörmətli İlham Heydər oğlu.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, firavanlıq və bütün işlərinizdə uğurlar, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.
Sizin səmərəli fəaliyyətiniz sayəsində bütün dünya Azərbaycanın nailiyyətləri haqqında məlumatlıdır.
Məni Azərbaycan xalqı ilə birləşdirən bağlar təkcə mənəvi qohumluq və ortaq köklər deyil, həm də Sizin ölkənizin görkəmli nümayəndələri ilə çoxillik münasibətlərdir. Onların arasında atanız - böyük Heydər Əliyev də var.
O, müdrik siyasi xadim idi və Siz ölkəni yeni zirvələrə apararaq atanızın işini layiqincə davam etdirirsiniz.
Fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını qarşıdan gələn Yeni il münasibətilə təbrik edirəm.
Qoy qardaşlığımız, dostluğumuz daha da möhkəmlənsin və başımızın üzərində həmişə aydın səma olsun!"
xxx
10:32
Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik arzulayıram.
Ali Baş Komandan kimi qətiyyətli və uzaqgörən rəhbərliyinizlə 44 günlük Vətən müharibəsi və 24 saat davam edən antiterror tədbirləri nəticəsində
Can Azərbaycanımızın ərazi bütövlüyünü bərpa etməklə Siz həm Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini, həm də xalqınızın arzusunu yerinə yetirdiniz.
Zati-alinizin müdrik və humanist siyasəti sayəsində Azərbaycan Respublikası beynəlxalq aləmdə ona olan etimadı gündən-günə gücləndirir. Azərbaycanın sabitliyi, firavanlığı, gələcək nəsilləri üçün göstərdiyiniz dəyərli səyləri qürurla və sevinclə izləyirik.
Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ilə birlikdə rəhbərliyinizlə Türkiyə və Azərbaycanın reallaşdırdığı böyük layihələrə və qarşıdakı ideyalara görə hər iki ölkənin xalqları olaraq gələcəklə bağlı ümidli və qürurluyuq.
Hörmətli Prezident, fürsətdən istifadə edərək, Sizi Yeni il münasibətilə də ürəkdən təbrik edir, Can Azərbaycanın qarşıya qoyduğu bütün məqsədlərə və vəzifələrə uğurla çatmasını arzulayır, Zati-alinizə ən dərin hörmət və ehtiramımı bildirirəm".
xxx
10:30
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri - 2015-ci ildə Moldovanın Baş naziri Kiril Qaburiçi, BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Çaba Koroşi, 2012-2014-cü illərdə Malavinin Prezidenti Coys Banda, 2018-2024-cü illərdə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Zati-aliləri, hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından Zati-alinizə səmimi təbriklərimizi çatdırmaqdan böyük şərəf duyuruq. Sizə möhkəm cansağlığı, sonsuz xoşbəxtlik və bütün işlərinizdə davamlı uğurlar arzulayırıq.
Azərbaycanın tərəqqisi naminə mühüm fədakarlığınızı yüksək ehtiramla alqışlayırıq. Sizin uzaqgörən rəhbərliyiniz təkcə ölkənizin vətəndaşlarını deyil, həm də daha parlaq və firavan gələcək üçün göstərdiyiniz mühüm səylərin şahidləri olaraq hamımızı ruhlandırır.
Fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Mərkəzə olan inam və etimadınız ona bu gün dünyanın üzləşdiyi ən çətin problemlərdən bəzilərini həll edən mühüm platformaya çevrilməsinə imkan yaratmaqda önəmli rol oynamışdır.
Əlamətdar gün münasibətilə Zati-alinizi bir daha təbrik edir, ən səmimi arzularımızı bildiririk. Sizə və yaxınlarınıza uğurlu Yeni il diləyirik. Bəşəriyyətə xidmət işində daha böyük uğurlara nail olmaq üçün əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik."
xxx
İsrail-Azərbaycan Birgə İqtisadi Komitəsinin sədri, İsrail Dövləti Maliyyə Nazirliyində nazir Zeev Elkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Zati-aliləri.
Doğum gününüz münasibətilə Sizə İsrail Dövləti adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.
Sizin Azərbaycan Respublikasının inkişafı üçün göstərdiyiniz sarsılmaz fədakarlıq olduqca təqdirəlayiqdir. Sizin liderliyinizlə xalqınız davamlı olaraq tərəqqi və uğur yolunda irəliləyir.
Xalqlarımız arasında tərəfdaşlıq və dostluq Sizin rəhbərliyinizlə inkişaf edir və biz bu dəyərli əlaqələri gələcək illərdə daha da dərinləşdirməyi səbirsizliklə gözləyirik.
Bu əlamətdar günün sevdiklərinizin və Sizi sevənlərin əhatəsində Zati-alinizə böyük sevinc bəxş etməsini diləyirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və bütün işlərinizdə uğurlar arzulayıram.
Doğum gününüz mübarək, cənab Prezident!"
xxx
12:01
GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Zati-aliləri.
Doğum gününüz münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli dirçəliş, inkişaf ideyalarının və strategiyasının həyata keçirilməsində Sizə yeni uğurlar və qələbələr arzulayırıq. Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə güclü, müasir, firavan, bir çox sahələrdə heyrətamiz nailiyyətlər əldə edən, regional və qlobal məsələlərdə əsas aktor rolunu oynayan ölkəyə çevrilib.
Biz dövlət quruculuğu və institusional inkişaf, işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və ölkənin sosial-iqtisadi strukturuna reinteqrasiyası, iqtisadiyyatın şaxələndirilməsi və modernləşdirilməsi, respublikanın regional və qlobal məsələlərdə fəal rolu ilə bağlı əldə olunan nailiyyətlərə heyranıq.
Azərbaycanın işğal edilmiş ərazilərinin tarixi Qələbə ilə azad edilməsindən və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra həyata keçirilən quruculuq proqramı miqyası, sürəti və keyfiyyəti baxımından misilsizdir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı Proqramının həyata keçirilməsi təqdirəlayiqdir.
Müharibədən sonrakı dövrdə ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq regionda davamlı sülhün və sabitliyin bərqərar olması istiqamətində nümayiş etdirdiyiniz əzmkar səyləri də yüksək qiymətləndiririk.
Azərbaycan Sizin rəhbərliyinizlə beynəlxalq məsələlərdə öz rolunu və nüfuzunu möhkəmləndirməkdə davam edir. Bakıda COP 29 Sammiti kimi qlobal əhəmiyyətli tədbirin uğurla keçirilməsi bunun əyani sübutudur. Beynəlxalq məsələlərin bir çox aspektlərində prinsipial və ardıcıl mövqeyiniz, qarşıya qoyulan məqsədlərə nail olmaq bacarığınız sayəsində Siz dünyada yüksək nüfuz və hörmət qazanmısınız.
Cənab Prezident, biz regional təşkilat olaraq irəli sürdüyünüz təşəbbüslərin həyata keçirilməsi işinə dəstək verməyə hazırıq. Həmçinin Azərbaycanın GUAM-a üzv dövlətlər arasında bölüşə biləcəyi təcrübəsini öyrənməkdə də maraqlıyıq. Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfəni yüksək qiymətləndirir, onun getdikcə daha da güclənəcəyinə inanırıq.
Zati-aliləri, doğum gününüz münasibətilə Sizə bir daha səmimi təbriklərimizi çatdırır, möhkəm cansağlığı, güclü, müasir, demokratik və firavan Azərbaycanın daha da inkişafı naminə bütün ideya və təşəbbüslərinizi həyata keçirmək üçün tükənməz enerji arzulayırıq".
xxx
11:18
Rusiyanın "LUKOYL" Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru Vadim Vorobyov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Zati-aliləri.
Sizi doğum gününüz münasibətilə "LUKOYL" şirkətinin adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycan bu gün dinamik inkişaf edən, səmərəli beynəlxalq əməkdaşlığa açıq dövlətdir. Sizin rəhbərliyinizlə ölkədə sabit iqtisadi və siyasi vəziyyətin qorunub saxlanılması üçün düşünülmüş tədbirlər sistemi öz səmərəliliyini sübut edir.
"LUKOYL"un Azərbaycandakı fəaliyyətinə göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirirəm. Biz mövcud layihələr üzrə öhdəliklərimizi tam şəkildə yerinə yetirmək, eləcə də azərbaycanlı tərəfdaşlarımızla uzunmüddətli əməkdaşlığımızı genişləndirmək və gücləndirmək üçün bütün səylərimizi göstərəcəyik.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə müvəffəqiyyətlər arzulayıram".
xxx
11:16
Amerika Birləşmiş Ştatlarının Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə - böyük dövlət xadiminə, sadiq beynəlmiləlçiyə və mərhəmətli liderə çoxlu uğurlar arzulayıram.
Azərbaycanda və dünyada bir çox həyati vacib işlərdə göstərdiyiniz mühüm xidmətləri, xüsusilə də ölkənizdə və xaricdə yəhudi icmalarına səmimi münasibətinizi alqışlayıram. Siz əhalinin firavanlığı üçün böyük işlər görən yüksək nüfuzlu, güclü lidersiniz.
Bu il Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və COP 29-un mükəmməl şəkildə təşkil olunması münasibətilə səmimi təbriklərimi qəbul edin. Hər iki tədbir xalqların və bütövlükdə planetimizin zəfəri idi.
Mən həm Mədəniyyətlərarası Dialoq Forumunda, həm də COP 29 çərçivəsində keçirilmiş Dini Liderlərin Qlobal Sammitində çıxış etməkdən şərəf duydum. Həmin tədbirlər Sizin dini tolerantlıq, mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin gücləndirilməsinə sadiqliyinizi nümayiş etdirdi ki, bu da dinlərin və mədəniyyətlərin sülh, ləyaqət və təhlükəsizlik şəraitində yaşaya biləcəyi bir dünya axtarışında olan hər bir gələcək nəsil üçün Azərbaycanın qlobal dinc birgəyaşayışın simvolu olduğunu təsdiq edir.
Cənab Prezident, əgər biz hamımız Sizin qarşıya qoyduğunuz yüksək standartların yalnız bir hissəsinə uyğun yaşaya bilsəydik, o zaman dünyamız daha yaxşı məkana çevrilərdi.
İnanıram ki, qarşılıqlı hörməti və anlaşmanı inkişaf etdirmək yollarını axtararkən bundan sonra da uzun illər müdriklik və inam nümayiş etdirərək bizi ruhlandırmağa davam edəcəksiniz.
Sizə möhkəm cansağlığı və firavanlıq diləyir, sevimli Azərbaycan xalqının davamlı tərəqqisi və rifahı üçün ən xoş arzularımı çatdırır, yüksək ehtiramımı bildirirəm".
xxx
11:13
Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Avrasiya Yəhudi Konqresi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Müstəqil Azərbaycan Respublikası ötən illər ərzində özünün nüfuzlu, tolerant, multikultural və çoxkonfessiyalı dövlət statusunu sübut edib. Bir tərəfdən, ənənələrin və tarixi irsin vəhdəti, digər tərəfdən, müasir dünya dəyərlərinə açıq olmaq Azərbaycana təkcə düşünülmüş siyasət yürütməyə deyil, həm də xarici əlaqələrini möhkəmləndirməyə imkan verir. Bu gün Azərbaycan dünyada mövqelərini sürətlə gücləndirir və ən yüksək səviyyədə beynəlxalq əməkdaşlıq platformasına çevrilir. Şübhəsiz ki, bütün bu uğurlarda Sizin böyük şəxsi töhfəniz var.
2019-cu ildə Azərbaycana səfərimiz zamanı Sizinlə görüşümüzü, göstərdiyiniz qonaqpərvərliyi böyük məmnuniyyətlə xatırlayırıq. Həmin vaxt Siz ölkələrimiz arasında tam diplomatik münasibətlərin qurulacağını bildirmişdiniz və bir müddət sonra Təl-Əvivdə Azərbaycan səfirliyi açıldı, əlaqələrin inkişafı prosesində mühüm prinsipial addım atıldı.
Cənab Prezident, icazə verin, Sizi doğum gününüz münasibətilə bir daha təbrik edim. Sizə əmin-amanlıq və xoşbəxt həyat arzulayıram".
xxx
09:57
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Yepiskop Aleksiy, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski və Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Zati-alinizi doğum gününüz münasibətilə təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətinizdə, beynəlxalq müstəvidə dəyər kəsb edən səylərinizdə Uca Yaradandan Sizə uğurlar diləyirik.
Ulu Rəbbimizin xeyir-duası ilə Zati-aliniz dünya miqyasında hər bir dövlət xadiminin qibtə edəcəyi yüksəkliyə ucalmış, müdrikliyinizi yaşınızla, təvəllüd tarixinizlə deyil, əməllərinizlə təsdiq etmiş dövlət xadimisiniz. Müdrik dövlətçilik təfəkkürü və dəmir siyasi iradə ilə tarixi ədalətin təntənəsini təmin etmiş, Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suverenliyini tam bərpa etmiş Zati-aliniz soydaşlarımızı dədə- baba torpaqlarına qovuşdurmaqla, azad olunmuş Qarabağda şəhərləri, kəndləri yenidən dirçəldərək genişmiqyaslı quruculuq işləri ilə yanaşı, məscid və məbədləri xüsusi qayğı ilə bərpa etməklə Ulu Yaradanın nəzərində və xalqın qəlbində ucalmaqdasınız. Sizin mənəvi irsə, dini abidələrə, bütün dinlərə məxsus məbədlərə müstəsna qayğı və diqqətiniz Zati-alinizin müdrik dövlətçilik təfəkkürünün bəhrələri olaraq dünya üçün örnəkdir.
Möhtərəm cənab Prezident, Sizin həyatınızın şərəfli ildönümü bizə xoş fürsət verir ki, cənabınızın Azərbaycan dövləti və cəmiyyəti üçün böyük xidmətlərinə görə bütün Azərbaycan dindarlarının dərin təşəkkür və minnətdarlığını bir daha ifadə edək. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi və iqtisadi qüdrətinin artması, dünyada sivilizasiyalar və mədəniyyətlərarası dialoq mərkəzi və dinlərarası əməkdaşlıq məkanı kimi qəbul olunması, heç şübhəsiz, Zati-alinizin uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsidir. Beynəlxalq müstəvidə dinlərarası dialoq və əməkdaşlıq işinə önəmli töhfələr verən qlobal ideyalarınız və təşəbbüsləriniz, müəllifi olduğunuz Mədəniyyətlərarası Dialoqa dair Bakı Prosesi, insan həmrəyliyinə xidmət edən davamlı əməli səyləriniz Azərbaycanın tolerant imicini, ali mənəvi dəyərlərə sadiqliyini dünya miqyasında əyani təsdiq edir, beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirir. Dövlət siyasəti olaraq yürütdüyünüz multikulturalizm siyasəti sayəsində dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarını milli birlik, mənəvi vəhdət ideyaları ətrafında bir araya gətirən Azərbaycan dinlərarası, məzhəblərarası harmoniya mühitində birgəyaşayış təcrübəsi ilə dünyada model olaraq təqdir edilir.
Möhtərəm cənab Prezident, iqlim dəyişmələrinə dair qlobal əhəmiyyətli mötəbər COP 29 tədbirinə yüksək səviyyədə ev sahibliyi və əldə olunmuş uğurlu nəticələr münasibətilə Zati-alinizi və Sizin simanızda Azərbaycan dövlətini ürəkdən təbrik edir, Uca Yaradana xoş olan məramlara xidmət edən fəaliyyətinizin Azərbaycan və bütün dünya üçün xeyirlərə vəsilə olması naminə dualar edirik. Sizin xeyir-duanızla COP 29 çərçivəsində keçirilmiş Dini Liderlərin Qlobal Bakı Sammiti, heç şübhəsiz, Azərbaycan dövlətinin daha bir böyük nailiyyəti oldu. Bəşəriyyət üçün çox önəmli olan iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsinə həsr olunmuş belə bir qürurverici Zirvə görüşünün Azərbaycanda ərsəyə gəlməsində, möhtərəm cənab Prezident, Sizin böyük rolunuz danılmazdır. Məhz Sizin "yaşıl iqtisadiyyat" quruculuğu istiqamətində dəyərli fəaliyyətinizlə, planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən "Yaşıl Dünya Naminə Həmrəylik İli" kimi dəyərli qlobal təşəbbüsünüzlə Azərbaycan dünyanın iqlim nəbzinin vurduğu məkan kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Çox hörmətli cənab Prezident, dini konfessiyaların rəhbərləri olaraq, ölkə daxilində və beynəlxalq müstəvidə təqdirəlayiq fəaliyyətinizə, Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınıza, dini konfessiyalara diqqət və dəstəyinizə görə təmsil etdiyimiz icmalar adından Sizə dərin minnətdarlığımızı bildirməkdən şərəf duyuruq. Azərbaycanın dövlət rəhbəri olaraq doğum gününüzdə dünyanın müxtəlif nöqtələrindən təbriklər qəbul edən qalib xalqın Müzəffər Sərkərdəsi, Qarabağın Fatehi olaraq Sizin ən böyük mükafatınız xalqın dəstək və həmrəyliyi, sonsuz məhəbbəti, dərin etimadı və hədsiz minnətdarlığıdır. Var olun, hər zaman zirvədə olun, uğur həmişə Sizə yar olsun! Zati-alinizi və Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttinizi dəstəkləyən biz dindarların duaları hər zaman Sizinlədir.
Möhtərəm cənab Prezident, Azərbaycanda fəaliyyət göstərən Dini Konfessiyaların Məşvərət Şurası adından bir daha Sizi - müzəffər dövlət başçısını şərəfli ildönümü münasibətilə ürəkdən təbrik edir, ölkə dindarlarının iradəsini ifadə edərək, Zati-alinizə və dəyərli ailənizə cansağlığı, xoşbəxtlik, dövlətçiliyimiz naminə fəaliyyətinizdə uğurlar diləyirik. Bir olan Yaradanımız hər zaman yardımçınız olsun, lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və onun müdrik rəhbəri üzərində bərqərar etsin, Azərbaycanı hifz etsin! Amin!"
xxx
09:55
İtaliyada fəaliyyət göstərən Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kanilia Azərbaycan Respublikasının Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, Zati-alinizə və Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq.
Arzu edirik ki, ölkəniz Sizin rəhbərliyinizlə bundan sonra da uğurlu inkişaf yolunu davam etdirsin.
Qoy bu əlamətdar gün Azərbaycan və onun vətəndaşları üçün daha böyük uğurlara imza atmaq naminə Sizə bol sevinc və güc-qüvvət gətirsin! Sizə cansağlığı, xoşbəxtlik və işlərinizdə davamlı uğurlar diləyirik.
Doğum gününüz mübarək olsun!"
xxx
09:52
"Ukrayna Azərbaycanlıları Alimlər Şurası" İctimai Təşkilatının sədri Arif Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Çox hörmətli və əzizimiz cənab Prezident.
"Ukrayna Azərbaycanlıları Alimlər Şurası" İctimai Təşkilatının üzvləri olan soydaşlarımız adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə ən xoş arzu və istəklərimizdən qaynaqlanan səmimiyyətlə təbrik etməyi özümüzə böyük şərəf hesab edirəm.
Ümummilli Liderimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirərək doğma Azərbaycanımızın sürətli inkişafı, dünya ölkələri arasında layiqli yer tutması, suverenliyinin tam təmin olunması ilə nəticələnən zəfərlər qazanması istiqamətində gördüyünüz böyük işlər bizi olduqca fərəhləndirir, Vətənimizdən kənarda Azərbaycançılıq ideyamız naminə yeni-yeni nailiyyətlər əldə etməyə səfərbər edir.
Azərbaycanımızın dövlət quruculuğunun möhkəmləndirilməsi üçün həyata keçirilən siyasi, iqtisadi, mədəni əməkdaşlığın genişləndirilməsinə, inkişaf etdirilməsinə göstərdiyiniz diqqəti və qayğını yüksək qiymətləndiririk.
Bu xoş fürsətdən istifadə edərək, Sizi və bütün xalqımızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, Azərbaycan diasporunun fəaliyyətinə göstərdiyiniz dəstəyə görə dərin təşəkkürümüzü bildiririk. Bu əlamətdar gündə Zati-alinizə və bütün ailə üzvlərinizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре