Belçika səfirliyi Azərbaycana başsağlığı verib
Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar səfirlik bu dəhşətli faciə qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verir.
Day.Az xəbər verir ki, bu barədə Belçikanın Azərbaycandakı səfirliyi "X" sosial şəbəkə hesabında qeyd edib.
"Yaralananların tezliklə sağalmasını arzulayırıq", - deyə əlavə edilib.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
"İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре