https://news.day.az/azerinews/1746302.html
Emin Mahmudovdan 250-ci oyun
Emin Mahmudov "Neftçi"də 250-ci oyununu keçirib. İdman.biz xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXXI turuna təsadüf edib. O, "Qarabağ"la matçın (0:3) 50-ci dəqiqəsində meydana çıxıb. Emin Premyer Liqada 201 dəfə "ağ-qaralar"ın formasını geyinib.
Emin Mahmudovdan 250-ci oyun
Emin Mahmudov "Neftçi"də 250-ci oyununu keçirib.
İdman.biz xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXXI turuna təsadüf edib.
O, "Qarabağ"la matçın (0:3) 50-ci dəqiqəsində meydana çıxıb.
Emin Premyer Liqada 201 dəfə "ağ-qaralar"ın formasını geyinib. O, Azərbaycan Kubokunda 24, avrokuboklarda 25 dəfə "Neftçi"nin heyətində meydana çıxıb. Bunlardan 4-ü Çempionlar Liqası, 11-i Avropa Liqası, 10-u Konfrans Liqası çərçivəsində baş tutub.
Qeyd edək ki, Mahmudov 250 oyunda 58 qol vurub. O, Premyer Liqada 43, kubokda 6, qitə miqyaslı turnirlərdə 9 dəfə fərqlənib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре