https://news.day.az/azerinews/1773046.html
Niderland XİN Azərbaycan və Ermənistan arasındakı sülh prosesində tarixi irəliləyişi alqışlayır
Niderland Krallığının xarici işlər naziri Kaspar Veldkamp Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında əldə olunmuş razılaşmaları alqışlayaraq, onları tarixi irəliləyiş kimi qiymətləndirib. Day.Az xəbər verir ki, bu barədə XİN rəhbəri "X" səhifəsində yazıb.
Niderland XİN Azərbaycan və Ermənistan arasındakı sülh prosesində tarixi irəliləyişi alqışlayır
.png)
Niderland Krallığının xarici işlər naziri Kaspar Veldkamp Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında əldə olunmuş razılaşmaları alqışlayaraq, onları tarixi irəliləyiş kimi qiymətləndirib.
Day.Az xəbər verir ki, bu barədə XİN rəhbəri "X" səhifəsində yazıb.
Yazıda Veldkamp eyni zamanda, bu irəliləyişin təmin olunmasında ABŞ Prezidenti Donald Trampın vacib rol oynadığını vurğulayıb.
O, hər iki ölkəyə və ABŞ prezidentinə irəliləyiş üçün lazımı şərtlərin yaradılmasına görə təşəkkür edib və vurğulayıb ki, müəyyən çağırışların qalmasına rəğmən, sülh müqaviləsinin yaxın gələcəkdə bağlanması artıq mümkün görünür.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре