Xocavənddə yanğın başlayıb

Xocavənddə yanğın başlayıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, yanğın Xocavənd rayonunun Edilli və Ağbulaq kəndi ərazisindəki meşə massivində müşahidə edilir.

 

Hadisə yerinə FHN-nin Füzuli və Cəbrayıl rayonlarının yanğınsöndürən bölməsinin əməkdaşları, Aviasiya dəstəsinin helikopteri cəlb olunub. Hazırda yanğınsöndürmə əməliyyatları və yanğın davam edir.