Yasamalda 3 nəfərin öldüyü binada yanğınla bağlı bir nəfər saxlanılıb

Bakı şəhəri Yasamal rayonunda Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada 3 nəfərin ölümü ilə bağlı "Loft Dent" klinikasının direktoru Paşayev Bəhruz Sahib oğlu şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub.

Day.Az xəbər verir ki, klinika həmin binanın zirzəmi hissəsində fəaliyyət göstərir.

 

Bəhruz Paşayev binanın zirzəmi və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini müqavilə üzrə icarəyə götürüb.

Faktı Baş Prokurorluq Trend-ə təsdiq edib.