“Expressbank” bu ay ən çox şikayət edilən bank oldu
Bu ilin mart ayı üzrə Azərbaycanda ən çox şikayət olunan bankların siyahısı açıqlanıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, hesabat ayı ərzində "Expressbank" ASC ən çox şikayət olunan bank olub.
Belə ki, yuxarı şikayət indeksində "Expressbank" ASC 2,64 indeksi ilə birinci yerdə qərarlaşıb.
"İndeks hər-hansı bank tərəfindən göstərilən maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi nəzərə alınmaqla, həmin bankın müştəri xidmətləri ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin proporsionallığı prinsipi əsasında hesablanıb", - Mərkəzi Bankın məlumatında bildirilib.
Qeyd edək ki, "Expressbank" ASC 21 iyun 1989-cu il tarixində təsis olunub və uzun müddət "Azərnəqliyyatbank" adı altında fəaliyyət göstərib. Bank öz fəaliyyətini Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş lisenziya əsasında həyata keçirir. Bankın Səhmdarlarının Ümumi Yığıncağının 01 fevral 2010-cu il tarixli qərarı ilə "Azərnəqliyyatbank" ASC-nin adı dəyişdirilərək "Expressbank" ASC adlandırılıb. Nizamnaməyə müvafiq dəyişiklik 04 mart 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb.
"Expressbank" ASC-nin Müşahidə Şurasının sədri Əfqan Cavadovdur. Bank 112 544 834.6 manat nizamnamə kapitalına malikdir.
Bankın səhmdarları 19.9832% payla Seyidov Hafiz Mirzağa oğlu, 0.3794% payla Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs, 48.7833% payla Azenco Group MMC, 30.8541% payla Enerqoservis MMC-dir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре